Food store
KFC toyuq məhsullarından hazırlanan təamlar üzrə ixtisaslaşmış beynəlxalq qida xidmətləri şəbəkəsidir KFC-ni Böyük Depressiya zamanı qızardılmış toyuq yeməkləri satmağa başlayan sahibkar Harland Sanders təsis edib. Şirkət fast food sənayesinin beynəlxalq səviyyəyə çıxan ilk oyunçularından biri oldu.
Orijinal KFC məhsulu - on bir ədviyyat qarışımı ilə qızardılmış toyuq parçalarıdır.
Hazırda dünyanın 130-dan çox ölkəsində 21 000 KFC restoranı fəaliyyət göstərir. Və bu inkişaf davam edir!
Harland Sandersin orijinal 11 ot və ədviyyat resepti bu günə qədər qida sənayesində ən məşhur ticarət sirlərindən biri hesab olunur. Patentin müddətinin bitməsi kulinariya sirrini pozacağı üçün resept patentləşdirilmədi. Ticarət sirləri isə reseptin istənilən müddətə əqli mülkiyyət kimi saxlanmasına imkan verir.
KFC-nin dadının orijinallığına əmin ola bilərsiniz!